Fransa Portuqaliyanı mübarizədən kənarlaşdırıb - VİDEO

Xəbərlər
6 İyul 2024 01:42
310
Fransa Portuqaliyanı mübarizədən kənarlaşdırıb - VİDEO

Almaniyada keçirilən AVRO-2024-ün pley-off mərhələsi davam edir.

İdman.biz xəbər verir ki, bu gün 1/4 finalın daha bir oyunu keçirilib.

Mərhələnin ikinci oyunu Hamburqda baş tutub. Son iki mundialda finala yüksələn Fransa Portuqaliya ilə üz-üzə gəlib. 120 dəqiqə ərzində qapılara qol vurulmayıb. Qalib penalti seriyasında bəlli olub. Daha dəqiq olan Fransa futbolçuları yarımfinala vəsiqə qazanıblar.

Qeyd edək ki, 1/4 final mərhələsinə iyulun 6-da yekun vurulacaq.

AVRO-2024
1/4 final
5 iyul
23:00. Portuqaliya – Fransa - 0:0, pen. 3:5
Baş hakim:
Maykl Oliver (İngiltərə)
Hamburq. Folksparkştadion

İdman.biz

Məqalədə: