TFF Merih Demiralın diskvalifikasiyasını təkzib edib

Xəbərlər
4 İyul 2024 23:06
211
TFF Merih Demiralın diskvalifikasiyasını təkzib edib

Türkiyə yığmasının futbolçusu Merih Demiral 2 oyun diskvalifikasiya olunması xəbəri təsdiqlənməyib.

İdman.biz xəbər verir ki, Türkiyə Futbol Federasiyası rəsmi açıqlama ilə bu informasiyanı təkzib verib.

Almaniya mətbuatında Merihin 1/8 finalın Avstriya (2:1) ilə qarşılaşmasında "bozqurd" işarəsi nümayiş etdirdiyinə görə cəzalandığı xəbəri yayılıb. Amma TFF bu məlumatın doğru olmadığını bildirib.

Qeyd edək ki, Demiral Avstriya ilə görüşdə komandanın hər iki qolunun müəllifi olub.

İdman.biz