Merih Demiralın cəzası açıqlanıb

Xəbərlər
5 İyul 2024 15:24
162
Merih Demiralın cəzası açıqlanıb

Türkiyə millisinin futbolçusu Merih Demiralın cəzası bəlli olub.

İdman.biz xəbər verir ki, o, qarşıdakı 2 oyunda millisinə kömək edə bilməyəcək.

Bu barədə UEFA açıqlama yayıb. Futbolçunun hərəkəti qaydalara zidd hesab olunub.

Demiral AVRO-2024-ün Avstriyaya ilə 1/8 final mərhələsinin oyununda vurduğu qolu “bozqurd” işarəsi göstərərək qeyd edib. Matçda Demiralın dublu sayəsində Türkiyə 2:1 hesabı ilə qələbə qazanıb və 1/4 finala yüksəlib.

İdman.biz