Türkiyə 1/4-də Niderlanda uduzub - VİDEO

Xəbərlər
7 İyul 2024 00:54
509
Türkiyə 1/4-də Niderlanda uduzub - VİDEO

AVRO-2024-ün 1/4 final mərhələsinə bu gün yekun vurulub.

İdman.biz xəbər verir ki, sonuncu yarımfinalçı Berlində bəlli olub.

Qardaş Türkiyə yığması Niderlandla görüşüb. "Ay-ulduzlular" Sametin qolu ilə fasiləyə üstün yollansalar da, ikinci hissədə "narıncılar" oyunun axarını öz xeyirlərinə dəyişə biliblər. 6 dəqiqəyə 2 qol vuran Niderland yığması yarımfinala vəsiqə qazanıb.

Qeyd edək ki, yarımfinal mərhələsi iyulun 9-10-da keçiriləcək.

AVRO-2024
1/4 final
6 iyun
23:00. Niderland – Türkiyə - 2:1
Qollar:
Stefan De Vrey, 70. Mert Müldür, 76 (öz qapısına) - Samet Akaydın, 35
Baş hakim: Klemen Turpin (Fransa)
Berlin Olimpiya Stadionu

İdman.biz