İspaniya ilk dəfə ev sahibinə qalib gəlib – 9-cu cəhddə

Xəbərlər
5 İyul 2024 23:43
636
İspaniya ilk dəfə ev sahibinə qalib gəlib – 9-cu cəhddə

İspaniya yığması ilk dəfə Avropa və dünya çempionatlarında ev sahibinə qalib gəlib.

İdman.biz xəbər verir ki, “Qırmız furiya” AVRO-2024-nin 1/4 finalında Almaniyanı (2:1) əlavə vaxtda məğlub edib.

İspanların uğursuz seriyası DÇ-34-də start götürüb. 90 il əvvəl İtaliya ilə qarşılaşma 1:1 hesabı ilə yekunlaşıb. Bundan sonra ispanlar 7 oyunun 5-də uduzublar. Onlar DÇ-1950-də Braziliyaya (1:6), AÇ-1984-də Fransaya (0:2), AÇ-1988-də Almaniyaya (0:2), DÇ-2002-də Cənubi Koreyaya (1:2) və AÇ-2004-də Portuqaliyaya (0:1) uduzublar.

İspaniyanın AÇ-80-də İtaliya (0:0) və DÇ-2018-də isə Rusiya (1:1) ilə görüşlərində qalib müəyyənləşməyib.

İdman.biz