Sarı vərəqə rekordçusu – Fabian Şer

Xəbərlər
6 İyul 2024 21:48
703
Sarı vərəqə rekordçusu – Fabian Şer

Fabian Şer dünya və Avropa çempionatlarının tarixinə düşüb.

İdman.biz xəbər verir ki, isveçrəli müdafiəçi böyük turnirlərdə 8-ci dəfə sarı vərəqə alıb.

Şer AVRO-2024-ün 1/4 finalında İngiltərə ilə görüşün 32-ci dəqiqəsində cəzalandırılıb. 32 yaşlı futbolçu AVRO-2016-da 2, DÇ-2018-də 2, AVRO-2020-də 1, DÇ-2022-də isə 2 sarı vərəqəyə layiq görülüb. O, bu göstəricidə rekordçu olub.

Qeyd edək ki, İsveçrə - İngiltərə görüşündə 90 dəqiqə ərzində qalib bəlli olmayıb (1:1).

İdman.biz