4 uğursuzluq və 28 ildən sonra

Xəbərlər
6 İyul 2024 23:23
480
4 uğursuzluq və 28 ildən sonra

İngiltərə yığması 28 ildən sonra penalti seriyasında qələbə qazanıb.

İdman.biz zəbər verir ki, ingilislər AVRO-2024-ün 1/4 finalında "lotoreya"da İsveçrəni məğlub ediblər.

Əsas və əlavə vaxtı 1:1 hesabı ilə yekunlaşan oyunda Qaret Sautqeytin komandası 11 metrlik seriyada 5:3 üstün olub. İngiltərə yığması sonuncu dəfə penaltilərdə AVRO-96-ün eyni mərhələsində İspaniyanı məğlub edib (0:0, pen. 4:2)

Bundan sonra komanda Avropa çempionatlarında ardıcıl 4 penalti seriyasında uduzub. "Üç şir" AVRO-96-nın yarımfinalında Almaniyaya (1:1, pen. 5:6), AVRO-2004-ün 1/4 finalında Portuqaliyaya (2:2, pen. 5:6), AVRO-2012-də 1/4 finalında İtaliyaya (0:0, pen. 2:4) və AVRO-2020-nin finalında növbəti dəfə İtaliyaya (1:1, pen. 2:3) uduzub.

İdman.biz