Pikford ən yaxşı 2-ci qapıçı

Xəbərlər
8 İyul 2024 18:24
308
Pikford ən yaxşı 2-ci qapıçı

İngiltərə yığmasının qapıçısı Cordan Pikford Avropa çempionatları tarixində 2-ci yaxşı göstəriciyə malikdir.

İdman.biz xəbər verir ki, o, yalnız ispaniyalı qolkiper İker Kasilyasdan geri qalır.

Reytinq zamanı ən azı 10 oyun keçirən qapıçıların göstəriciləri nəzərə alınıb. Zərbələrin dəf edilməsində Pikfordun faiz göstəricisi 85-ə bərabərdir. Kasilyas isə 87 faiz zərbələri dəf edib. İtaliyalı Canluici Buffon (81 faiz) siyahıda üçüncüdür.

Qeyd edək ki, ingilis qapıçı AVRO-2024-də 5 oyunda qapısından 3 top buraxıb. O, iki oyunda qapısını toxunulmaz saxlayıb.

İdman.biz