İngiltərə yığması finala yüksələrsə....

Xəbərlər
8 İyul 2024 21:26
1 730
İngiltərə yığması finala yüksələrsə....

İngiltərə yığması ardıcıl ikinci dəfə Avropa çempionatının finalına yüksələn 4-cü komanda ola bilər.

İdman.biz xəbər verir ki, ingilislər yarımfinalda Niderland səddini aşsalar 4 il əvvəlki uğuru təkrarlayacaqlar.

Daha əvvəl SSRİ (1960)/1964), Almaniya (üç dəfə - 1972/1976, 1976/1980, 1992/1996) və İspaniya (2008/2012) ardıcıl iki turnirdə həlledici oyunda çıxış etmək sevincini yaşayıblar. Adıçəkilən komandalar bu finallardan ən azı 1-də çempion tituluna yiyləniblər.

AVRO-2020-nin həlledici matçında penalti seriyasında İtaliyaya uduzan Qaret Sautqeytin komandası çempionatın favoritlərindən sayılır.

Qeyd edək ki, İngiltərə - Niderland matçı iyulun 10-da keçiriləcək.

İdman.biz