AVRO-2024: İspaniya FİNALDA - VİDEO

Xəbərlər
10 İyul 2024 00:54
806
AVRO-2024: İspaniya FİNALDA - VİDEO

Almaniyada keçirilən AVRO-2024-ün yarımfinal mərhələsi start götürüb.

İdman.biz xəbər verir ki, ilk finalçı Münhendə bəlli olub.

İspaniya millisi Fransa ilə üz-üzə gəlib. Almaniyada keçirdiyi bütün matçlarda qalib gələn pireneylilər qələbə seriyasını 6-ya çatdırıblar. 2:1 hesabı ilə qalib gələn "Qırmızı furiya" ilk finalçı olub.

Qeyd edək ki, sabah keçiriləcək digər yarımfinalda İngiltərə və Niderland qarşılaşacaq.

AVRO-2024
Yarımfinal
9 iyul
23:00. İspaniya – Fransa - 2:1
Qollar:
Lamin Yamal, 21. Dani Olmo, 25 - Randal Kolo Muani, 9
Baş hakim: Slavko Vinçiç (Sloveniya)
Münhen Arena

İdman.biz

Məqalədə: