Millimizin ispaniyalı məşqçisi: “3:0 hesabı ilə qalib gələcəyik”

Müsahibə
9 İyul 2024 15:06
940
Millimizin ispaniyalı məşqçisi: “3:0 hesabı ilə qalib gələcəyik”

“Oğlum futbol oynadığı üçün bu idman növü ilə maraqlanıram”.

Bunu İdman.bizə basketbol üzrə Azərbaycanın U-20 millisinin baş məşqçisi Alberto Blanko deyib.

54 yaşlı ispaniyalı mütəxəssis bu gün ölkəsinin AVRO-2024-ün yarımfinal mərhələsində Fransaya qarşı oyunda şanslarını dəyərləndirib. O bildirib ki, ölkəsinin komandasının mərhələ adlayacağına inanır: “İspaniyanın qalib gələcəyini düşünürəm. Bunu arzulayıram. Bir ispan olaraq ölkəmi Fransa ilə qarşılaşmada dəstəkləyəcəm. Yığmamız bu çempionatda ən yaxşı futbolu oynayır. Amma bugünkü matç çox çətin olacaq. Fransa indiyə qədər bütün matçlarda daha az qolla daha yaxşı nəticə göstərən komandadır. Onlar fiziki cəhətdən çox yaxşıdırlar. Düşünürəm ki, millimiz yalnız diqqətini gözəl futbol üslubuna yönəltməlidir. Bundan sonra nəticə gələcək”.

Blanko görüşlə bağlı proqnozunu da açıqlayıb. O, ispanların 3:0 hesabı ilə qalib gələcəyini deyib.

Qeyd edək ki, İspaniya – Fransa matçı saat 23:00 start götürəcək.

Emin Ağa
İdman.biz