AVRO-2024-ün final matçının hakimləri müəyyənləşib - FOTO

Xəbərlər
11 İyul 2024 14:55
335
AVRO-2024-ün final matçının hakimləri müəyyənləşib - FOTO

AVRO-2024-ün final oyununun hakimləri açıqlanıb.

İdman.biz xəbər verir ki, İspaniya və İngiltərə arasındakı matçı Fransua Leteksye idarə edəcək.

Fransalı referiyə həmyerliləri Siril Munye və Mehdi Rahmuni köməklik edəcəklər. Dördüncü hakim funksiyasını polşalı Şimon Marçinyak yerinə yetirəcək.

Qeyd edək ki, final iyulun 14-də Berlində keçiriləcək.

İdman.biz

Məqalədə: