Fransalı hakim finalların tarixində

Xəbərlər
11 İyul 2024 19:03
219
Fransalı hakim finalların tarixində

AVRO-2024-ün final matçının hakimi Fransua Leteksye turnirin tarixinə düşüb.

İdman.biz xəbər verir ki, o, həlledici oyunu idarə edəcək ən gənc hakim olacaq.

Fransalı 35 yaşında bazar günü keçiriləcək İspaniya – Fransa matçında ədaləti qoruyacaq. Final karyerasında Leteksyenin ilk böyük sınağı olacaq. O, 2023-cü ildə "Mançester Siti" və "Sevilya" arasında oynanılan Avropa Superkubokunun həlledici oyununu idarə edib.

Qeyd edək ki, isveçli İvan Eklind DÇ-34-ün finalını 29 yaşında idarə edərək, böyük turnirlərin tarixində ən gənc hakim olub.

İdman.biz