Bellingem əməliyyat olunarsa...

Xəbərlər
11 İyul 2024 20:48
670
Bellingem əməliyyat olunarsa...

İngiltərə yığmasının futbolçusu Cud Bellingem AVRO-2024-dən sonra əməliyyat oluna bilər.

İdman.biz xəbər verir ki, bu barədə İspaniya mətbuatında məlumat yer alıb.

Ötən ilin noyabrında zədələnən “Real”ın futbolçusu yenidən ağrılar hiss edib. Cudun son oyunlarda ağrıkəsicilərlə meydana çıxdığı bildirilib. Cərrahiyə əməliyyatı nəticəsində 21 yaşlı futbolçu təxminən 2 ay yaşıl sahələrdən kənarda qala bilər.

Qeyd edək ki, Bellingemin çıxış etdiyi İngiltərə yığması Avropa çempionatının finalına vəsiqə qazanıb.

İdman.biz