AVRO-2024: İspaniya 4-cü dəfə Avropa çempionu! - VİDEO

Xəbərlər
15 İyul 2024 00:53
458
AVRO-2024: İspaniya 4-cü dəfə Avropa çempionu! - VİDEO

Bu gün AVRO-2024-ün final matçı keçirilib.

İdman.biz xəbər verir ki, Avropa çempionunun adına Berlin Olimpiya Stadionunda aydınlıq gəlib.

Həlledici matçda İspaniya və İngiltərə milliləri qarşılaşıb. Keçirdiyi bütün qarşılaşmalarda qələbələri sıralayan pireneylilər 4-cü dəfə qitə çempionu olaraq yeni rekorda imza atıblar. 2:1 hesabı ilə qalib gələn ispanlar qələbə topunu 86-cı dəqiqədə vurublar. Ardıcıl ikinci dəfə finalda uduzan İngiltərə ilk titulunu qazanmaq şansını yenə əldən verib.

Qeyd edək ki, yarımfinalda İspaniya Fransa, İngiltərə isə Niderland üzərində 2:1 hesablı əzmkar qələbə qazanıb.

AVRO-2024
Final
14 iyul
23:00. İspaniya – İngiltərə - 2:1
Qollar:
Niko Uilyams, 47. Mikel Oyarzabal, 86 - Koul Palmer, 73

Baş hakim: Fransua Leteksye (Fransa)
İspaniya: 23. Unay Simon, 2. Dani Karvahal,3. Robin Le Norman, 4. Aymerik Laport, 24. Mark Kukurelya, 16. Rodri, 8. Fabian Ruis, 19. Lamin Yamal, 10. Dani Olma, 19. Niko Uilyams, 7. Alvaro Morata.
Baş məşqçi: Luis de la Fuenta
İngiltərə: 1. Cordan Pikford, 2. Kayl Uoker, 5. Con Stouns, 6. Mark Gueyi, 3. Lük Şou, 4. Deklan Rays, 26. Kobbi Meyno, 7. Bukayo Saka, 11. Fil Foden, 10. Cud Bellingem, 9. Harri Keyn
Baş məşqçi: Qaret Sautqeyt
Berlin Olimpiya Stadionu

İdman.biz