İngilis futbol veteranı Hari Lineker final matçı ilə bağlı fikirlərini bölüşüb.
İdman.biz xəbər verir ki, o, İspaniya ilə çətin keçəcəyini deyib.
Lineker futbolçu kimi İngiltərə yığması ilə titul qazana bilməsə də, komandanın bu gün uğur qazanmaq gücündə olduğunu bildirib: "Futbolçu kimi İngiltərə ilə titullar qazanmaq olsa da, arzuma çata bilmədim. İndi aparıcı kimi bu hissləri yaşayıram. 3 il bundan qabaq titula çox yaxın idik. Çox ümidliyəm. Ən böyük arzum "İngiltərə Avropa çempionu oldu" sözlərini söyləməkdir".
Qeyd edək ki, AVRO-2024-ün finalında İngiltərə və İspaniya yığmaları üz-üzə gələcək.
İdman.biz