İngiltərənin ardıcıl 2-ci uğursuzluğu - İLK DƏFƏ

Xəbərlər
15 İyul 2024 01:34
338
İngiltərənin ardıcıl 2-ci uğursuzluğu - İLK DƏFƏ

İngiltərə yığması ardıcıl ikinci dəfə Avropa çempionatının finalında uduzub.

İdman.biz xəbər verir ki, bu hala turnirin tarixində ilk dəfə rast gəlinir.

AVRO-2024-ün həlledici matçında ingilislər İspaniya millisinə 1:2 hesabı ilə məğlub olublar. Komanda AVRO-2020-nin finalında isə penaltilər seriyasında İtaliya ilə bacarmayıb.

Qeyd edək ki, titul qazana bilməyən Yuqoslaviya da 2 dəfə Avropa çempionatının finalında uduzub. İngiltərədən fərqli olaraq onlar uğursuzluğu fərqli illərdə yaşayıblar (1960 və 1968).

İdman.biz