AVRO-2024: Çempionatın maraqlı faktları

Xəbərlər
16 İyul 2024 00:01
315
AVRO-2024: Çempionatın maraqlı faktları

Almaniyada keçirilən Avropa çempionatı bir çox hadisələrlə yadda qalıb.

İdman.biz AVRO-2024-ün maraqlı faktlarını təqdim edir.

İspaniyanın rekordu
İspaniya yığması Avropa çempionatları tarixində 7 oyunda qələbə qazanan ilk komanda olub. Komanda qrup mərhələsində 3, pley-offda isə 4 qarşılaşmada qələbə qazanıb.

İspanlar Avropa çempionatlarının qrup mərhələsində qol buraxmadan maksimum nəticə göstərən 2-ci yığma olublar. Bundan əvvəl AVRO-2020-də İtaliya bu uğura nail olmuşdu.

İngilislər 2 qələbə ilə finalda
İngiltərə millisi AVRO-2024-də əsas vaxtda 2 oyunda qələbə qazanıb. Komanda qrup mərhələsində Serbiyaya (1:0), yarımfinalda isə Niderlanda qalib gəlib (2:1). “Üç şir” həm qrupun, həm də pley-offun 2 görüşdə 90 dəqiqədə heç-heçəyə razı olub. AVRO-2020-də nəzərə alınarsa, İngiltərə ilk dəfə əsas vaxtda məğlubiyyət acısı yaşayıb. Komanda AVRO-2020-nin finalında penalti seriyasında uduzumuşdu.

Ən erkən və ən gec qollar
AVRO-2024-də turnirin tarixində ən erkən və ən gec qollar vurulub. Albaniyanın futbolçusu Nedim Bayrami İtaliya ilə qarşılaşmanın 23-cü saniyəsində fərqlənib. Ən gec qol da qrup mərhələsində vurulub. Macar Kevin Çobot Macarıstan – Şotlandiya matçının 100-cü dəqiqəsinin 33-cü saniyəsində topu rəqib qapısından keçirib.

Qrup mərhələsində ilk
İlk dəfə Avropa çempionatlarında bütün komandalar qrup mərhələsini eyni xalla başa vurublar. E qrupunda Rumıniya, Belçika, Slovakiya və Ukrayna hərəyə 4 xal toplayıblar. Yekunda top fərqi nəzərə alınıb və ukraynalılar pley-offdan kənarda qalıblar.

İngiltərə və Sautqeyt
İngiltərə yığması turnirin tarixində ardıcıl iki finalda uduzan ilk komanda olub. Britaniyalılar AVRO-2020-də penaltilər seriyasında İtaliyaya, bu dəfə isə İspaniyaya 1:2 hesabı ilə uduzublar. İngilislərin baş məşqçisi Qaret Sautqeyt isə dalbabal 2-ci finalda məğlub olan ilk məşqçi kimi tarixə düşüb.

Son çempionların qısa yolu
Son Avropa çempionları ardıcıl 3-cü dəfə mübarizəni 1/8 finalda dayandırıblar. Almaniyada İsveçrə kubokun sahibi İtaliyanı evə vaxtından əvvəl göndərib. AVRO-2016-da İspaniya İtaliya ilə, AVRO-2020-də isə Portuqaliya Belçika ilə görüşlərdə eyni aqibəti yaşayıb. Maraqlıdır, 4 il sonra ispanlar bu uğursuz seriyaya son qoya biləcəkmi?

Fasilədən sonra 3 geridönüş
AVRO-2024-də komandalar 3 dəfə fasilədən sonra geridönüş edə biliblər. İngiltərə və Ukrayna Slovakiya ilə oyunlarda ikinci hissədə oyunu öz xeyrinə dəyişə bilib. Niderland isə 1/4 finalda Türkiyə ilə qarşılaşmada "comeback"la yadda qalıb.

Komandalar AVRO-2020 cəmi 1, AVRO-2016-da isə 2 dəfə uduzduqları oyunu fasilədən sonra qələbə ilə başa vura biliblər.

9 yığmadan çox qol vursalar da...
Çexiya qrupda keçirdiyi hər 3 oyunda 1 qol vurub. Cəmi 1 xal toplayan və sonuncu yeri tutan çexlər bu mərhələdə 9 yığmadan daha çox topa imza atıblar. Bu azmış kimi pley-offdan kənərda qalan Çexiya yığması C qrupunda yer alan bütün komandalardan çox qol vurublar. İngiltərə, Danimarka və Sloveniya 3 oyunda 2 dəfə fərqlənməklə 1/8 finala yüksəlib.

İdman.biz