Avropa çempionu tituluna qazanan Fabian Ruis və Xesus Navas doğma şəhərlərində mükafatlandırılıblar.
İdman.biz xəbər verir ki, İspaniya yığmasının üzvləri AVRO-2024-dəki qələbəyə görə pomidora layiq görülüblər.
Onların doğulduğu Sevilya yaxınlığındakı Los-Palasos-i-Vilyafranka şəhəri tomat istehsalı üzrə məşhurdur. Ruis və Navas ənənəyə uyğun öz çəkiləri miqdarında pomidorla mükafatlandırılıb. Fabian 83,2, Xesus isə 64,7 kq tərəvəzə layiq görülüb.
Qeyd edək ki, Navas AVRO-2012-də qələbə qazanandan sonra analoji tədbirdə iştirak edib.
İdman.biz