Fransa Azərbaycan yığması ilə oyundakı 10:0-lıq rekordu yeniləyib

Xəbərlər
19 Noyabr 2023 02:08
233
Fransa Azərbaycan yığması ilə oyundakı 10:0-lıq rekordu yeniləyib

Fransa yığması AVRO-2024-ün seçmə mərhələsində tarixi qələbə qazanıb.

İdman.biz xəbər verir ki, fransalılar Cəbəllütariqin qapısından 14 cavabsız top keçiriblər.

Bu nəticə ilə Fransa yığması Avropa seçmə mərhələsində 3 rekordu yeniləyib. Cəbəllütariqlə görüş bir oyunda ən çox çox qol vurulan oyun kimi tarixə düşüb. Bundan əvvəlki rekord 13 qolun vurulduğu Almaniya – San-Marino (13:0) görüşundə qeydə alınıb. Fransa yığması 14:0 hesablı qələbə ilə həm də Avropa çempionatı tsikllərində ən fərqli qələbəyə imza atıb.

Fransa millisinin digər rekordu Azərbaycanla bağlıdır. Fransalıların tarixdə ən böyükhesablı qələbəsi yığmamızla oyuna təasdüf etmişdi. AVRO-96-nın seçmə mərhələsində Fransa Oserdə keçirilən qarşılaşmada 10:0 hesabı ilə qələbə qazanmışdı. Cəbəllütariq sayəsində uzun illər qeyd edilən rekord arxa plana keçib.

İdman.biz