Azərbaycan qılıncoynadanı Anna Başta karyerasında ikinci dəfə Olimpiadada iştirak edəcək.
İdman.biz xəbər verir ki, Paris-2024-ə lisenziya qazanan idmançımız Tokio-2020-də də mübarizə aparıb.
Sablyaçımız bununla da Azərbaycan qılıncoynatma yığmasının rekorduna şərik olub. Annaya qədər yalnız Sabina Mikina (Kərimova) iki Olimpiadaya qatılıb. Muşketyorumuz London-2012 və Rio-2016-da çıxış edib.
Başta və Mikinadan başqa yalnız iki qılıncoynadanımız Olimpiya Oyunlarında mübarizə aparıb. Elxan Məmmədov Atlanta-1996, Yelena Jemayeva Afina-2004-də iştirak edib.
Qeyd edək ki, Azərbaycan ardıcıl dördüncü dəfə Olimpiadada qılıncoynatmada təmsil olunacaq.
Vüqar Xeyrullayev
İdman.biz