Qılıncoynadanların Avropa sınağı

Xəbərlər
18 İyun 2024 20:39
131
Qılıncoynadanların Avropa sınağı

İsveçrənin Bazel şəhərində qılıncoynatma üzrə Avropa çempionatı start götürüb.

İdman.biz xəbər verir ki, Azərbaycan yığması yarışda 4 idmançı ilə təmsil olunacaq.

Qadın sablyaçıların turnirində Zərifə Hüseynova, Səbinə Kərimova və Palina Kaspiaroviç mübarizə aparacaq. Ruslan Həsənov isə kişilərin şpaqa yarışında qüvvəsini sınayacaq. Təmsilçilərimiz iyunun 19-da təsnifat mərhələsində çıxış edəcəklər. 1 gün sonra 1/4 final, yarımfinal və finallar baş tutacaq.

Qadınlardan ibarət yığmamız iyunun 22-də komanda yarışlarında şansını yoxlayacaq.

İdman.biz