Qılıncoynadalar medalsız qalıb

Xəbərlər
20 İyun 2024 18:41
134
Qılıncoynadalar medalsız qalıb

Azərbaycan qılıncoynadanları Avropa çempionatında fərdi çıxışlarını başa vurublar.

İdman.biz xəbər verir ki, təmsilçilərimiz medalçılar sırasına düşə bilməyiblər.

Qadın sablyaçıların yarışında Zərifə Hüseynova qrup mərhələsini dəf edə biıməyib. Səbinə Kərimova və Palina Kaspiaroviç isə 1/32 finala vəsiqə qazanıblar. Pley-offun ilk mərhələsini qələbə ilə başa vuran qılıncoynadanlarımız 1/16 finalda mübarizəni dayandırıblar. Palina macarıstanlı, Səbinə isə türkiyəli rəqibinə uduzub.

Kişilərin şpaqa yarışında qüvvəsini sınayan Ruslan Həsənov qrup mərhələsinu uğurla keçirib. O, pley-offun ilk mərhələsində niderlandlı Rafael Tuleni 15:5 hesabı ilə məğlub etsə də, növbəti görüşdə uduzub.

Qeyd edək ki, qadınlardan ibarət yığmamız iyunun 22-də komanda yarışlarında şansını yoxlayacaq.

İdman.biz