Qılıncoynadanı Olimpiya medalından məhrum edilmək təhlükəsi gözləyir

Xəbərlər
23 İyul 2024 18:49
109
Qılıncoynadanı Olimpiya medalından məhrum edilmək təhlükəsi gözləyir

Ümumdünta Antidopinq Agentliyi (WADA) Beynəlxalq Qılıncoynatma Federasiyasının (IFF) fransalı qılıncoynadan İzaor Tibusu yarışlarda uzaqlaşdırmadığına görə apellyasiya verib.

İdman.biz xəbər verir ki, rapiraçı Paris Yay Olimpiya Oyunlarında qazanacağı medaldan məhrum edilə bilər.

Bu, Beynəlxalq Arbitraj Məhkəməsinin (CAS) WADA-nın lehinə qərar çıxaracağı təqdirdə baş verəcək. Fevralda dopinq testi müsbət çıxan Tibus qeyri-müəyyən müddətə yarışlardan uzaqlaşdırılıb. CAS-ın araşdırması isə olimpiadadan sonra açıqlanacaq.

Qeyd edək ki, 32 yaşlı qılıncoynadan 2022-ci ildə dünya çempionu titulunu qazanıb. Tibus Avropa çempionatlarında 4 gümüş, 7 bürünc medala yiyələnib.

İdman.biz