Anna Başta əlil olmaqdan son anda qurtulub - FOTO

Xəbərlər
3 Oktyabr 2024 15:48
868
Anna Başta əlil olmaqdan son anda qurtulub - FOTO

“Həyatımda yeni addımların atılmasından bir həftə keçdi. Həqiqətən yeni addımlar və yeni ayaqlar...”.

İdman.biz xəbər verir ki, bunu Azərbaycan millisinin qılıncoynadanı Anna Başta sosial şəbəkə paylaşımında yazıb.

O bildirib ki, Paris Olimpiadasına gedərkən ciddi zədə alıb və hətta bu, onun karyerasına son qoya bilərmiş: “Belə bir zədə ilə Oyunlarda iştirak etmək çox riskli bir addım idi. Həkimlər dedilər ki, bu mənim son yarışım ola bilər. İdman zalına girməyə, qılınc götürməyə, yenidən maska taxmağa qorxdum. Maskam göz yaşlarımla süngərə döndü. Dəhşətli qorxu və yarım il ağrı hər an mənimlə idi. Zədələnəndə həkimin mənə “əlil arabasını istənilən yerə park edə bilərsən” deyəcəyindən çox qorxdum. Daim parkinq cərimələrim olsa belə, çox sevindirici xəbər deyildi. Əlil arabası, qoltuq dəyənəkləri, göz yaşları, məyusluqlar, amma indi yalnız inanılmaz bir sevinc hissi var ki, göz yaşı olmadan yeriyə və maska taxa bilərəm”.

Qeyd edək ki, Parisdə qılıncoynatmanın sablya növündə mübarizə aparan Başta qadınların şəxsi yarışında ən güclü “səkkizliy”ə yüksəkmək uğrunda keçirilən qarşılaşmada Ukrayna idmançısı Olqa Xarlana 6:15 hesabı ilə məğlub olub.

İdman.biz