Yeniyetmə şpaqaçı Vahab Fətullayev İsveçin Örebro şəhərində keçirilən beynəlxalq turnirində uğurlu çıxış edib.
İdman.biz xəbər verir qılıncoynadanımız "Örebro Masters - Nordic Championships"də qızıl medal qazanıb.
İsveç, Norveç, Danimarka, Litva, Estoniya, Kanada, İtaliya, Finlandiya və Yaponiyadan 100-ə yaxın iştirakçının yarışdığı turnirdə Vahab 17 yaşadək oğlan şpaqaçıların fərdi mübarizəsində qrup mərhələsini 5 qələbə ilə başa vuraraq, pley-offa yüksəlib. Təmsilçimiz finala gedən yolda Norveç, Danimarka, Estoniya və İsveçi təmsil edən rəqiblərinə qalib gəlib.
Vahab Fətullayev həlledici qarşılaşmada yerli qılıncoyandan Filip Zimmermana 15:10 hesabı ilə qalib gələrək fəxri kürsünün ilk pilləsində yer alıb.
İdman.biz