Azərbaycan Texniki Universitetinin İdman Sarayında qılıncoynatma üzrə Azərbaycan çempionatına start verilib.
İdman.biz xəbər verir ki, ilk iki gündə sablya və şpaqada şəxsi yarışlarda qaliblər müəyyənləşib.
Qalib və mükafatçılar gənclər və idman naziri Fərid Qayıbov və Azərbaycan Qılıncoynatma Federasiyasının baş katibi Vasif Məmmədov tərəfindən diplom və medallarla təltif edilib.
Sablya
Kişilər
1. Saleh Məmmədov
2. Murad Əkbərov
3. Rəsul Əliyev, Abbas Hüseynov.
Qadınlar
1. Səbinə Kərimova
2. Palina Kaspiaroviç
3. Valentina Zeynalova, Zərifə Hüseynova.
Şpaqa
Kişilər
1. Ruslan Həsənov
2. Emin Səfərbəyov
3. Oruc Misirzadə, Səid Əliyev.
Qadınlar
1. Aynur Quliyeva
2. Xədicə Həsənli
3. Nəzrin Mehdiyeva, Nazilə Rəhimova