Yığmamız gümüş medal qazanıb - FOTO

Xəbərlər
18 Yanvar 2025 22:51
85
Yığmamız gümüş medal qazanıb - FOTO

Qılıncoynadanlarımız Bolqarıstanın Sofiya şəhərində keçirilən beynəlxalq turnirdə gümüş medal qazanıblar.

İdman.biz xəbər verir ki, 23 yaşadək sablyaçılardan ibarət Azərbaycan yığması komanda yarışında ikinci yer tutub.

Murad Əkbərov, Maqsud Hüseynli, Rəsul Əliyev və Timur Husnaddinovdan ibarət heyət ilk görüşündə İspaniya yığmasını 45:42 hesabı ilə məğlub edib. Sablyaçılarımız ardınca Böyük Britaniya kollektivinə 45:37 hesabı ilə qalib gəliblər. Təmsilçilərimiz yerli komanda ilə həlledici görüşdə eyni uğuru təkrarlaya bilməyiblər. Bolqarıstan yığması 45:45 hesabı ilə güclü olub, millimiz "EFC FFE Circuit" turnirini gümüş medalla başa vurub.

İdman.biz