Dünya kubokuna gedəcək qılıncoynadanlarımız bəlli olub

Xəbərlər
21 Yanvar 2025 18:51
59
Dünya kubokuna gedəcək qılıncoynadanlarımız bəlli olub

Azərbaycanın qadınlardan ibarət sablya yığması mövsümə Plovdivdə başlayacaq.

İdman.biz xəbər verir ki, yanvarın 23-25-də Bolqarıstanın adıçəkilən şəhərində Dünya kuboku turniri keçiriləcək.

Komandamızın heyətinə Səbinə Kərimova, Zərifə Hüseynova və Polina Kaspiaroviç daxil edilib.

Plovdivdə keçiriləcək Dünya kuboku Beynəlxalq Qılıncoynatma Federasiyasının təqvimində ilin ilk yarışıdır.

İdman.biz