Türkiyənin Antalya şəhərində keçirilən yeniyetmə və gənclərin qılıncoynatma üzrə Avropa birinciliyində ikinci yarış gününə yekun vurulub.
İdman.biz xəbər verir ki, Azərbaycan yığmasının üzvü Abbas Hüseynov yeniyetmə oğlan sablyaçıların şəxsi yarışında 12-ci olub.
Qrup mərhələsini 5 qələbə ilə başa vuran Abbas 1/16 finala yüksəlib. Bu mərhələdə rumın rəqibini mübarizədən kənarlaşdıran sablyaçımız növbəti qarşılaşmada İtaliya təmsilçisinə məğlub olub.
Şpaqaçı qızların şəxsi yarışında Nəzrin Mehdiyeva, Xatun Bayramova və Mirnuray Abasova qrup mərhələsini uğurla adlasa da, 1/16 finalda mübarizəni dayandırıblar.
İdman.biz