Qılıncoynadanlarımız Serbiyada keçiriləcək Gimnaziadaya yollanıblar

Xəbərlər
4 Aprel 2025 13:34
62
Qılıncoynadanlarımız Serbiyada keçiriləcək Gimnaziadaya yollanıblar

Aprelin 4-14-də Serbiyanın Zlatibor şəhərində 15 yaşa qədər oğlanlar və qızlar arasında müxtəlif idman növlərində keçiriləcək Gimnaziadada ölkəmiz qılıncoynatmanın sablya və şpaqa növləri üzrə təmsil olunacaq.

İdman.biz xəbər verir ki, bu barədə Azərbaycan Qılıncoynatma Federasiyası məlumat yayıb.

Məşqçilər Nəcəf Məhərrəmov və Elvin Rzazadənin rəhbərlik etdiyi komandanın heyətində Fatimə Şükürlü, Cahan Sadıxova, Zəhra Xəlilova, Gəray Məmmədli, Abdulmalik Nəsibzadə, Nəcəf Şabanlı, Mirnuray Abbasova, Esnat Mirzəyeva, Aydan Atakişiyeva, Rəhman Məmmədov, Tunar Süleymanov və Bəhram Əliyev yer alıb. Cavanşir Ağakişiyev isə turnirdə hakimlik edəcək.

İdman.biz

Məqalədə: