Azərbaycan millisi Zlatoborda keçirilən ISF U15 Gimnaziada İdman Oyunlarında ilk medalını qazanıb.
İdman.biz-in yarışa ezam olunmuş əməkdaşının verdiyi məlumata görə, bu uğura qılıncoynadanımız Gəray Məmmədli imza atıb.
O, sablya növündə bürünc medala yiyələnib.
Məmmədli yarımfinalda iranlı Muhəmmədmətin Şahidi ilə qarşılaşıb. Gərgin keçən görüş rəqibin 15:9 hesablı qələbəsi ilə yekunlaşıb.
Digər idmançılarımız Abdulmalik Nəsibzadə və Nəcəf Şabanlı isə 1/4 finalda mübarizəni dayandırıblar.
***
14:22
Serbiyanın Nova Varoş şəhərində ISF U15 Gimnaziada İdman Oyunlarında qılıncoynatma yarışlarının sablya növünə start verilib.
İdman.biz-in yarışa ezam olunmuş əməkdaşının məlumatına görə, Azərbaycan millisinin heyətində Gəray Məmmədli 1/4 finalda komanda yoldaşı Abdulmalik Nəsibzadəyə 15:10 hesabı qalib gəlib.
Bununla da Məmmədli özü və yığmamız üçün bürünc medalı təmin edib.
Digər idmançımız Nəcəf Şabanlı isə 1/8 finalda iranlı rəqibi Mohammədmətin Şahidiyə məğlub olub.
İdman.biz