"Yarış mənim üçün çox yaxşı keçdi".
Bunu İdman.biz-in Zlatibora ezam olunmuş əməkdaşına Serbiyada keçirilən Gimnaziada İdman Oyunlarında bürünc medal qazanan Azərbaycan millisinin sablyaçısı Gəray Məmmədli deyib.
O, millimizə ilk medalı qazandırdığı üçün xoşbəxt olduğunu bildirib: "Yaxşı mübarizə apardım. Bu cür yarışlarda medal qazanmaq mənim üçün çox önəmlidir".
Qeyd edək ki, bu gün mübarizə aparan digər idmançılarımız Abdulmalik Nəsibzadəyə və Nəcəf Şabanlı isə 1/4 finalda məğlub olublar.
İdman.biz