Gimnaziada: Şpaqaçımız qızıl medal qazanıb - YENİLƏNİB - FOTO

Xəbərlər
7 Aprel 2025 16:29
69
Gimnaziada: Şpaqaçımız qızıl medal qazanıb - YENİLƏNİB - FOTO

Azərbaycan millisi Serbiyada ISF U15 Gimnaziada İdman Oyunlarında növbəti qızıl medalı qazanıb.

İdman.biz-in yarışa ezam olunmuş əməkdaşı xəbər verir ki, bu uğura şpaqaçımız Mirnuray Abasova imza atıb.

O, yarımfinalda serbiyalı Una Petkoviçi 15:11 hesabı ilə məğlub edib. Abasova finalda da inamlı qələbə qazanıb. Qılıncoynadanımız çinli Ju Şiyindən üstün olub – 15:11.

Qeyd edək ki, yarışda millmizin mükafat sayı 12-yə yüksəlib. Komandamız daha öncə 2 qızıl, 3 gümüş və 6 bürünc medal əldə edib.

***

15:36

Serbiyada ISF U15 Gimnaziada İdman Oyunları davam edir.

İdman.biz-in yarışa ezam olunmuş əməkdaşı xəbər verir ki, qılıncoynadanların 2-ci yarış günündə şpaqaçılar mübarizəyə qoşulub.

Milli üzvlərindən Mirnuray Abasova ilkin görüşləri uğurla başa vurub. O, 1/4 finalda rumıniyalı Arianan Georgiana Covaci ilə üz-üzə gəlib. Görüşün əvvəlindən axıradək üstünlüyünü qoruyan şpaqaçımız rəqibinə 15:10 hesabı ilə qalib gəlib. Abasova yarımfinala yüksəlməklə özü üçün azı bürünc medalı təmin edib.

Digər qılıncoynadanlarımızdan Aydan Atakişiyeva 1/8, Esnat Mirzəyeva 1/4 finalda uduzub.

Qeyd edək ki, Azərbaycan millisi yarışın ilk günündə 11 medal qazanıb.

İdman.biz

Məqalədə: