Çinin Usi şəhərində qılıncoynatma üzrə yeniyetmə və gənclərin dünya birinciliyinə start verilib.
İdman.biz xəbər verir ki, ilk yarış günündə gənc oğlan və qız sablyaçıların şəxsi yarışında qaliblər müəyyənləşib.
Təmsilçilərimizdən Zərifə Hüseynova ümumi sıralamada yarışı 14-cü yerdə başa vurub. O, ən güclü “səkkizliy”ə yüksəlmək uğrunda keçirilən qarşılaşmada məğlub olub.
Fərəh Abasova, Leyla Əhmədova və Valentina Zeynalova isə qrup mərhələsini adlayıb pley-offa yüksəlsələr də, ən güclü “64-lüy”ə vəsiqə üçün keçirilən görüşlərdə məğlub olublar.
Gənc oğlan sablyaçıların şəxsi yarışında Ayxan Xasıyev, Rəsul Əliyev və Abbas Hüseynov qrup mərhələsindən pley-offa vəsiqə qazansalar da, ən güclü “64-lüy”ə yüksəlmək uğrunda keçirilən görüşlərdə məğlub olublar. Timur Husnaddinov isə mübarizəni qrup mərhələsində dayandırıb.
İdman.biz