Gimnaziada: Azərbaycan sablyaçısı bürünc medal qazanıb - FOTO

Xəbərlər
8 Aprel 2025 15:12
88
Gimnaziada: Azərbaycan sablyaçısı bürünc medal qazanıb - FOTO

Serbiyanın Nova Varoş şəhərində keçirilən Gimnaziadanın qılıncoynatma yarışlarında Azərbaycan sablyaçısı Cahan Sadıxova bürünc medal qazanıb.

İdman.biz-in yarışa ezam olunmuş əməkdaşının xəbərinə görə, bu gün mübarizəyə qoşulan qız sablyaçılarımızın hər 3-ü qrupdan çıxıb.

1/4 finalda Cahan Sadıxova İna Mokanitsaya (Rumıniya) 15:13 qalib gələrək yarımfinala adlayıb. Lakin o Li Vansuana (Çin) 4:15 uduzaraq bürünc medalla kifayətlənib.

Fatimə Şükürlü 1/8 finalda Zəhra Xəlilovaya 15:14 qalib gələrək 1/4 finala çıxsa da, burada Sabina Hoqaşa (Rumıniya) 8:15 uduzaraq mübarizəni dayandırıb.

Mübarizəyə qoşulan 3 oğlan şpaqaçımız da qrupdan çıxa bilib. Lakin Bəhram Əliyev 1/8 finalda Anubhava Pavara (Hindistan) 15:5 qalib gəlsə də, 1/4 finalda Kensuan Zouya (Çin) 3:15 uduzub.

1/8 finaldan azad olan Tunar Süleymanov 1/4 finalda Pedro Louzadaya (Braziliya) 8:15, Rəhman Məmmədov Ştefan Çorbuya (Rumıniya) 9:15 uduzaraq mübarizəni dayandırıb.

Qeyd edək ki, yığmamızın Gimnaziadada qazandığı medalların sayı 27-yə yüksəlib. Komandamız daha öncə 9 qızıl, 6 gümüş və 11 bürünc medala sahib olub.

İdman.biz