İsveçrədə qılıncoynatmanın şpaqa növü üzrə Dünya kuboku davam edir.
İdman.biz xəbər verir ki, yarışda Azərbaycan millisinin üzvü Ruslan Həsənov mübarizəsini dayandırıb.
O, təsnifat mərhələsini adladıqdan sonra Auqust Yenseni (Danimarka) 15:3 hesabı ilə üstələyib. Həsənov 1/64 final mərhələsində Roman Petrovla (Qırğızıstan) qarşılaşıb və 9:15 hesabı ilə uduzub.
Qeyd edək ki, Dünya kubokunun final görüşləri noyabrın 12-də keçiriləcək.
Emin Ağa
İdman.biz