Qılıncoynatmanın sablya növü üzrə qadınlardan ibarət milli komandamız Əlcəzairdə keçirilən Dünya kubokunun mərhələ yarışında çıxışını başa vurub.
İdman.biz xəbər verir ki, Anna Başta, Səbinə Kərimova, Palina Kaspiaroviç və Valeriya Bolşakovadan ibarət komanda yarışda 9-cu olub.
Ən güclü “səkkizliy”ə yüksəlmək uğrunda keçirilən görüşdə Yaponiyaya 36:45 hesabı ilə məğlub olan qadın sablyaçılarımız 9-cu yer uğrunda keçirilən qarşılaşmalarda Rumıniya (45:37), Çin (45:44) və Polşa yığmasına (45:40) qalib gəlib.
Qadın sablyaçıların şəxsi yarışında yalnız Valeriya Bolşakova “32-liy”ə yüksəlməyi bacarıb.
İdman.biz