“Qılıncoynatma ilə məşğul olmağım dərslərimə maneə yaratmağa başlayırdı. 8-ci sinfə qədər əlaçı idim, Sankt-Peterburqa köçəndən sonra zərbəçiyə düşdüm”.
Bunu İdman.bizə müsahibəsində Azərbaycan yığmasının qılıncoynadanı Anna Başta yeniyetməlik illərindən danışarkən deyib.
Avropa çempionu bildirib ki, məşqçisinə dərslərimdə problem olduğunu, məktəbdə isə dərslərinin hazırlığına maneçilik etdiyini deyirmiş: “Amma əslində qarajların arxasında özüm üçün gəzirdim”.
27 yaşlı dünya çempionatının finalçısı uşaqlıq arzularından da danışıb. O, ən çox dondurma satan olmaq istədiyini deyib: “Dondurma satıcısı olmaq istəyirdim. Düşünürdüm ki, satıcı qadın oturub istədiyi qədər dondurmanı pulsuz yeyə bilər. Mən hamını inandırmağa çalışırdım ki, o, pul ödəmir. Mən onun yerində olmağı xəyal edirdim, fikirləşirdim ki, o zaman cek-potu partladaram. Bir də neft sənayesində şirkətlərdən birinə rəhbərlik etməyi arzulayırdım. Məsələn, “Qazpromun” direktoru olmaq istəmişəm. Prinsipcə, hələ də şanslar var, kimsə maraqlanırsa, hazıram” (gülür).
Şəbnəm Rəhimova
İdman.biz