Türkiyə Superliqasında oyunlarının bərpa olunacağı vaxt dəqiqləşib.
İdman.biz xəbər verir ki, Türkiyə Futbol Federasiyasının prezidenti Mehmet Büyükekşi çempionatda matçların dekabrın 19-da keçiriləcəyini deyib.
Onun sözlərinə görə, görüşlərin təşkilində hər hansısa bir problem yoxdur.
Qeyd edək ki, Halil Umut Meler Superliqanın 15-ci turunun 1:1 hesabı ilə bitən “Ankaragücü” – “Rizəspor” matçdan sonra meydan sahiblərinin prezidenti Faruk Kocanın yumruq zərbəsinə məruz qalıb. Baş verənlərdən sonra məhkəməyə aparılan klub rəhbəri ardından istefa verib.
İdman.biz