Türkiyə Superliqasında “Ankaragücü” – “Rizespor” matçından sonra hakim Halil Umut Melere hücum edən ev sahiblərinin sabiq prezidenti Faruk Koca və hadisə iştirakçılarının dindirilməsi başa çatıb.
İdman.biz xəbər verir ki, hakim paytaxt təmsilçinin əvvəlki rəhbərinə 13 il həbs cəzası istəyib.
Hadisənin digər iştirakçıları, “Ankaragücü”nün sabiq rəsmiləri Kənan Çelikkaya və Şahin Yunusa 11 il, Osman Cana isə 2,5 il azadlıqdan məhrum oluna bilər.
Qeyd edək ki, baş verən hadisədən sonra Faruk Koca “Ankaragücü”nün prezidentliyi postundan istefaya göndərilib və bir gün öncə futboldan ömürlük uzaqlaşdırılıb.
İdman.biz