İtaliya A seriyasında 17-ci turun oyunları davam edir.
İdman.biz xəbər verir ki, "Yuventus" tur çərçivəsində "Frosinone"nin qonağı olub.
"Qoca sinyora" 2:1 hesablı qələbə qazanaraq məğlubiyyətsiz oyunlar seriyasını 12-ə çatdırıb. Turin təmsilçisinin qollarına Kenan Yıldız və Duşan Vlahoviç imza atıb.
Qeyd edək ki, "Yuventus" 17 turdan sonra 40 xalla ikincidir. "Frosinone" isə 19 xalla 14-cü pillədə qərarlaşıb.
İdman.biz