Sergen Yalçın “Antalyaspor”da

Xəbərlər
2 Yanvar 2024 18:03
191
Sergen Yalçın “Antalyaspor”da

Türkiyənin "Antalyaspor" klubunun yeni baş məşqçisi müəyyənləşib.

İdman.biz xəbər verir ki, komandanı Sergen Yalçın çalışdıracaq.

51 yaşlı mütəxəssis ilə bu gün rəsmi müqavilə imzalanıb.

O, bu postda Nuri Şahini əvəzləyib.

Qeyd edək ki, "Antalyaspor" 17 turdan sonra 24 xalla Türkiyə Super Liqasında 8-ci pillədə qərarlaşıb.

İdman.biz