Dieqo Simeone: "Güclü, maksimuma köklənən əla komandadır"

Xəbərlər
3 Yanvar 2024 10:12
243
Dieqo Simeone: "Güclü, maksimuma köklənən əla komandadır"

"Miçel çox aydın fikirləri olan məşqçidir. "Jirona" hücumda çoxlu effektiv oyunçuları olan bir komandadır".

İdman.biz xəbər verir ki, bunu "Atletiko"nun argentinalı baş məşqçisi Dieqo Simeone deyib.

La Liqanın XIX turunda "Jirona"nın qonağı olacaq mütəxəssis liderlərdən olan Kataloniya klubunun çempion ola biləcəyinə inanır: "Jirona" qeyri-adi mövsüm keçirir və onların çempion olacağına ümid etmək olar. Güclü, maksimuma köklənən əla komandadır. Ehtiyat oyunçular skamyasında daim meydana çıxmağa hazır olan gənclər var".

Qeyd edək ki, 18 turdan sonra İspaniya çempionatında 45 xalla "Real" birinci, "Jirona" ikincidir. 38 xalı olan "Atletiko" isə üçüncü pillədə qərarlaşıb.

İdman.biz

Məqalədə: