Veteran futbolçu Ceyhun Sultanov UEFA Millətlər Liqasının yeni mövsümündə Azərbaycan yığmasının hansı komandalardan xal ala biləcəyini açıqlayıb.
"İdman Bizdə" verilişinin qonağı olan 44 yaşlı mütəxəssis hazırda baş məşqçisiz olan millinin 8 xal toplaya biləcəyini deyib.
Onun sözlərinə görə, C divizionunda Estoniya, İsveç və Slovakiya ilə mübarizə aparacaq yığma ən yaxşı halda 2 heç-heçə edib, 2 qələbə qazanacaq: "İsveçə qarşı matçlarda 1, Slovakiya ilə görüşlərdə isə 3 xal alacağımızı düşünürəm. Estoniya ilə isə səfərdə heç-heçə, evdə qələbə olacaq".
Qeyd edək ki, Azərbaycan UEFA Millətlər Liqasında ilk oyununu sentyabrın 5-də Bakıda İsveçə qarşı keçirəcək.
Emin Ağa
İdman.biz