“AFFA-nın İcraiyyə Komitəsinin üzvlüyündən ayrılmaq fikrim yoxdur”.
Bunu İdman.bizə AFFA-nın və Azərbaycan Güləş Federasiyasının İcraiyyə Komitəsinin üzvü Fərid Mansurov deyib.
Martda AFFA-nın Hesabat-Seçki Konfransının keçiriləcəyi və İcraiyyə Komitəsində yeni heyəti heyətin formalaşcağı gözlənilir. Veteran güləşçi bildirib ki, dəyişikliyə baxmayaraq, assosiasiyada işinə davam etmək istəyir: “Onlar iclasda yeni heyətlə bağlı qərar verəcəklər. Seçimlərə hörmətlə yanaşıram. Amma İcraiyyə Komitəsində öz işimi davam etdirmək istəyərəm”.
Qeyd edək ki, AFFA-nın İcraiyyə Komitəsinin digər üzvü Mahir Məmmədov qurumdan ayrılacağını açıqlayıb.
Banuçiçək Hüseynli
İdman.biz