Azərbaycan millisinin futbolçusu Ramil Şeydayevin formasını geyindiyi “Kocaelispor”un yeni baş məşqçisi bəlli olub.
İdman.biz yerli mətbuata istinadən xəbər verir ki, Türkiyə 1-ci liqa klubunu Mustafa Gürsel çalışdıracaq.
Mütəxəssislə 1,5 illik müqavilə imzalanıb. 49 yaşlı Gürsel bundan öncə millimizin digər üzvü Coşqun Diniyevin şərəfini qoruduğu “Ümraniyəspor”u çalışdırıb.
Qeyd edək ki, Gürsəl baş məşqçi postunda Ertuğrul Sağlamı əvəzləyib.
İdman.biz