Almaniya millisinin veteran futbolçusu Andres Breme vəfat edib.
İdman.biz xəbər verir ki, 64 yaşlı dünya çempionunun ürək tutmasından vəfat etdiyi bildirilir.
Lakin bu, hələlik təsdiqlənməyib.
Andres Almaniya millisinin heyətində 1990-cı ildə dünya çempionu olub. O, Argentina ilə finalda qələbə qolunu müəllifidir.
Breme futbolçu karyerasında Bundesliqada 301 oyun keçirib. Karyerasını bitirdikdən sonra onun qısa məşqçilik dönəmi olub.
İdman.biz