Belarusun paytaxtı Minskdə təşkil olunan beynəlxalq turnirdə iştirak edən 17 yaşadək futbolçulardan ibarət Azərbaycan millisi ikinci oyununu keçirib.
İdman.biz xəbər verir ki, Rusiyanın müvafiq yaş qrupundan ibarət komandası ilə qarşılaşan yığma 0:1 hesabı ilə məğlub olub.
U-17 turnirdə növbəti oyununu fevralın 22-də Özbəkistanın 18 yaşadək futbolçulardan ibarət milli komandasına qarşı keçirəcək.
Qeyd edək ki, futbolçularımız ilk oyunda Belarusun U-18 komandasına 0:2 hesabı ilə uduzub.
İdman.biz