⁠Filip Ozobiçdən “Qarabağ” – “Braqa” oyununa PROQNOZ

Xəbərlər
22 Fevral 2024 14:58
419
⁠Filip Ozobiçdən “Qarabağ” – “Braqa” oyununa PROQNOZ

Azərbaycan millisinin və “Neftçi”nin futbolçusu Filip Ozobiç Avropa Liqasının pley-off mərhələsinin “Qarabağ” – “Braqa” cütünün favoritini açıqlayıb.

İdman.biz xəbər verir ki, bu gün təşkil olunan mətbuat konfransında iştirak edən 33 yaşlı yarımmüdafiəçi Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək matçı ilə bağlı fikirlərini bildirib.

“Neftçi”yə keçənə qədər 5 il “Qarabağ”ın formasını geyinən xorvat futbolçu mərhələni keçəcək komanda ilə bağlı proqnoz verib: “Braqa” çox ciddi komandadır. “Qarabağ” ilk matçda yaxşı nəticə göstərdi. Çətin oyun olacaq. Ancaq “Qarabağ”ın növbəti mərhələyə çıxacağına inanıram”.

Qeyd edək ki, “Qarabağ” – “Braqa” görüşü saat 21:45-də başlayacaq.

İdman.biz